Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-04 10:35:00
İmtahanlarda  nəzarətçi olmaq istəyənlərin nəzərinə-Bura müraciət etməlisiniz

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanların məzmun, model və texnologiya baxımından müxtəlifliyi zal nəzarətçilərinin fəaliyyətinin təkmilləşdirilməsini, peşəkarlıq səviyyəsinin yüksəldilməsini və ictimaiyyətin daha geniş hissəsinin imtahan prosesinə zal nəzarətçisi qismində cəlb edilməsini tələb edir.

 

AzEdu.az-ın məlumatına görə,  nəzarətçi olmaq istəyən şəxslər əgər  müəllim kimi fəaliyyət göstərirsə, məktəb rəhbərliyinə müraciət etməlidir. Fərdi qaydada müraciət edib sertifikat almaq istəyirsinizsə, ərizələrin qəbulu sentyabr ayından mümkün olacaqdır.

 

Sertifikat almaq istəyən şəxslər bu şərtlərə uyğun gəlməlidirlər:

 

“Sertifikat almaq üçün Azərbaycan Respublikasının vətəndaşı olan, məhkumluğu olmayan, ali təhsilli, tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq hər hansı bir təşkilatda hazırda işləyən (və ya iş yerinin olub-olmamasından asılı olmayaraq pedaqoji profilli ixtisaslar üzrə bakalavr ixtisas dərəcəsi olanlar), yaşı 25-40 (cari zal nəzarətçiləri bazasında olanlar üçün 25-55) arasında olan və fiziki cəhətdən sağlam olan şəxslər müraciət edə bilərlər”

 

Ödənişlidir…

 

Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması prosesi ödənişlidir. İlk olaraq namizədlər DİM-in internet səhifəsinə daxil olaraq “Şəxsi kabinet” açmalı və daha sonra burada qeydiyyatdan keçməlidirlər. Qeydiyyat və müsahibə mərhələsi ödənişsizdir.

 

Zal nəzarətinin fəaliyyətinin sertifikatlaşdırılması, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydaları ilə Dövlət İmtahan Mərkəzinin saytında tanış olmaq mümkündür.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları