Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-03 18:12:00
Paytaxt məktəblisinin kitabı nəşr olunub

Səkkizinci sinif şagirdi Əminə Əliyevanın (Əminə Çingiz) kitabı nəşr olunub.

 

AzEdu.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 120 nömrəli tam orta məktəbdə təhsil alan Əminə Çingizin "Nə yaxşı ki..." adlı hekayə kitabı BŞTİ tərəfindən təşkil olunmuş "Hər kitab bir xəzinədir" layihəsinin həyata keçirildiyi günlərdə işıq üzü görüb. 

Qeyd edək ki, 123 səhifəlik kitabda gənclərin üzləşə biləcəyi real və psixoloji problemləri və onların həlli yollarını əks etdirən hekayədən bəhs olunur.

İstedadlı şagird Ə.Çingiz bir çox hekayələrin də müəllifidir. 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin dinc insanları, körpələri amansızcasına  atəşə tutmasından təsirlənərək gecə min arzularla yatıb səhər oyana bilməyən günahsız körpələrin hisslərini  "Donmuş arzular" adlı hekayəsində qələmə alıb.

Eyni zamanda Ə.Çingiz ingilis yazıçısı Desmond Bagleyin "Düşmən" əsərini ana dilimizə tərcümə edib.