Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-26 16:17:00
AzTU-da pilot layihə üzrə ilk koordinasiya görüşü keçirilib - FOTO

Azərbaycan Texniki Univeriteti (AzTU) “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) layihəsi üzrə təşkil olunan bilik mərkəzinin işi çərçivəsində yerinə yetirilən pilot layihə üzrə ilk koordinasiya görüşü keçirib.

 

AzEdu.az xəbər verir ki, layihə Erasmus + KA2 n° 609944-EPP-1-2019-1-LT-EPPKA2-CBHE-JP proqramı çərçivəsində həyata keçirilir.

 

Görüşdə mərkəzin işçi qrupunun üzvləri və əsas tərəfdaşın - Aqrar Elm və İnnovasiya Mərkəzinin nümayəndəsi iştirak edib.

 

Qeyd olunub ki, pilot layihə çərçivəsində fərdi heyvandarlıq təsərrüfatlarında mövcud olan müxtəlif növlərə aid kənd təsərrüfatı heyvanlarının  yemə olan illik tələbatı, həmin yemlərin istehsal edilməsi üçün tələb olunan əkin sahəsinin hesablanması üzrə kalkulyator işlənib hazırlanacaq və istifadəyə veriləcək. 

 

Görüşdə əldə olunan nəticələr əsasında layihənin texniki şərti işlənib hazırlandıqdan sonra, qiymətləndirilmək və təsdiqlənmək üçün əsas tərəfdaşa təqdim ediləcək.

 

Pilot layihənin işlənməsində magistratura və doktorantura tələbələri də iştirak edəcək.