Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-20 11:47:00
Azərbaycanda koronavirusa yoluxan uşaqlar -  Pediatr risklərdən DANIŞDI  

Koronavirus infeksiyası 2 il olacaq ki, dünyanı cənginə alıb. Bu virusa yoluxanlar arasında böyüklərlə yanaşı, uşaqlara da rast gəlinir.

ABŞ və Böyük Britaniya alimləri koronavirus infeksiyasına yoluxan uşaqların beynində serebrovaskulit, ensefalit və insult kimi həyati təhlükəli patologiyaların müşahidə olunduğunu bildiriblər.

Bəs Azərbaycanda yoluxan uşaqlarda bu simptonlar müşahidə olunubmu?


Pediatr Vaqif Qarayev Modern.az-a deyib ki, pandemiya yaranan gündən indiyə kimi uşaqlar üçün ayrıca bir statistikanın olmadığını bildirib:


“Uşaqlar arasında təhlükəli an nadir hallarda baş verir. Buna görə də uşaqlar arasında yoluxma və ölüm riski çox aşağıdır. Bu hal uşaqların orqanizmini zədələmir. Son vaxtlar xəstəlik yeni mutasiyalar yaratdığına görə, uşaqlarda yoluxma ilə bağlı bir qədər artım müşahidə olunur”.


Pediatrın sözlərinə görə, virus ağır hal olduqda, tromboz yaradır:

“Tromboz yarandıqda, həmin tromb beyin və ürək damarlarını tutur. Beyində insult, ürəkdə isə infarkt riski yaradır. Eyni hal böyüklər ilə yanaşı, uşaqlarda da baş verə bilər”.

V.Qarayev deyib ki, dünya üzrə yoluxma hələ davam etsə də, ölüm faizi çox aşağıdır:

“Pandemiya Çindən başlasa da, Pekində artıq maska da yığışdırılıb, insanlar həyatlarına normal şəkildə davam edirlər.

Biz həkimlər və media nümayəndələri əhalini stressə salmamağa çalışmalıyıq. Koronavirus sözünü eşidən hər kəs depressiyaya düşə, psixoloji cəhətdən də bu xəstəliyi özlərində yarada bilərlər. Çalışmalıyıq ki, tez bir zamanda bu xəstəliyə qalib gələk.. Sağalanların sayı getdikcə yoluxanları daha çox üstələyir. Bu da o deməkdir ki, xəstəxanalarda boş yerlərin sayı artıb. Lakin bir neçə ay öncə yer yox idi”.(modernaz)