Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-17 18:02:00
Azərbaycanda daha 2 148 nəfər koronavirusa yoluxdu, 30 nəfər öldü  

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2 148 yeni yoluxma faktı qeydə alınıb, 2 287 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Son sutkada 30 nəfər COVID-19-dan vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 298 522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 262 480 nəfər müalicə olunaraq sağalıb, 4 107 nəfər vəfat edib. 31 935 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 583, bu günə qədər isə ümumilikdə 3 096 140 test icra olunub.