Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-14 09:48:00
“Rus dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” layihəsinin icrasına başlanılıb

Dövlət İmtahan Mərkəzi Sankt-Peterburq Dövlət Universitetinin (SPDU) dəstəyi ilə “Rus dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” layihəsini həyata keçirməyə başlayıb və layihə çərçivəsində onlayn təlimin ilk sessiyası 12 aprel tarixində baş tutub. İlk sessiyada ТРКИ imtahanının yoxlama-ölçmə materiallarına dair rəsmi sənədlər (rus dili xarici dil kimi fənninin proqramları və standartları), CEFR təqdim olunub. 

 

AzEdu.az xəbər verir ki, 12-30 aprel 2021-ci il tarixlərini əhatə edir və 3 həftə davam edəcək. Təlimdə iştirakçıları aşağıdakı mövzulara dair bilik və bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər: 

●     dil bacarıqlarının qiymətləndirilməsində nəzəri anlayışlar;

●     Dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) dil bacarıqlarının qiymətləndirilməsinə tətbiqi;

●     qrammatika və lüğət bazasının qiymətləndirilməsi;

●     fərqli səviyyələr üzrə oxu, dinləmə, yazı və şifahi nitqin qiymətləndirilməsi. 

 

Xatırladaq ki, layihənin iştirakçıları DİM-in rus dili xarici dil kimi fənni üzrə ekspertləri və daha öncə elan edilmiş müsabiqə əsasında seçilmiş rus dili müəllimləridir. 

 

“Rus dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” layihəsi üzrə təlimçi SPDU-nun rus dilinin qiymətləndirilməsi üzrə mütəxəssisləridir.