Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-31 13:58:00
Təhsil işçilərinin vaksinasiyasının növbəti mərhələsi  

Martın 31-dən təhsil işçilərinin vaksinasiyasının ikinci mərhələsinə başlanılıb.

 

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, vaksinasiya prosesinin növbəti mərhələsində yaşı 50 və daha yuxarı olan pedaqoji və texniki heyətə peyvəndin ikinci dozasının vurulması nəzərdə tutulur. Peyvəndin birinci dozasını qəbul etmiş şəxslərə bu gündən müvafiq məntəqədə növbəti dozanın vurulması təmin ediləcək.

 

Hər mərkəz üzrə gündə (saat 09:00-dan 15:00-dək, hər saatda 20 nəfər olmaqla) təxminən 120 nəfərin peyvənd olunması nəzərdə tutulur.

 

Qeyd edək ki, 2021-ci il martın 3-dən paytaxtdakı təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün təşkil olunmuş vaksinasiya prosesi 10 peyvənd məntəqəsində həyata keçirilir.

 

Koronavirus pandemiyası şəraitində sağlamlığına həssas yanaşan təhsil işçiləri zəruri olan vaksinasiya prosesində fəal iştirak edirlər.