Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-15 17:00:00
AzTU-da magistrantlar üçün onlayn elmi-praktiki seminar keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə "Magistrantların elmi tədqiqat vərdişlərinə yiyələnməsi və elmmetrik bazalardan istifadə" mövzusunda onlayn elmi-praktiki seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, seminarda TEC-in sədri Qadir Qafarov magistrantlara universitet tərəfindən göstərilən qayğıdan və onların elmi-tədqiqat işlərinə cəlb edilməsi ilə bağlı yaradılan imkanlardan bəhs edib.

 

Daha sonra Bakı Mühəndislik Universitetinin (BMU) prorektoru və Maliyyə kafedrasının dosenti Elçin Süleymanov "Magistrantların elmi tədqiqat vərdişlərinə yiyələnməsi və elmmetrik bazalardan istifadə" mövzusunda təqdimatla çıxış edib.

 

Seminarda magistr dissertasiyasının strukturu, hazırlanmasına qoyulan beynəlxalq tələblər, elmi-tədqiqatın aparılma mərhələləri və digər zəruri məlumatlar magistrantların diqqətinə çatdırılıb.

 

Bundan başqa, elmi-tədqiqatın nəticələrinin beynəlxalq standartlara uyğun tərtibi ilə bağlı vacib məqamlar da tələbələrə izah olunub.