Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-12 13:37:00
AMEA-da yeni mərkəz və assosiasiya yaradılıb  

 

Azərbaycan  Milli  Elmlər  Akademiyasında  Xaricdə  Fəaliyyət  Göstərən  Azərbaycan  Əsilli  Alimlərin  Assosiasiyası  yaradılıb.

 

AzEdu.az  xəbər  verir  ki, bu  barədə  Nazirlər  Kabinetinin  2020-ci  ilə  dair  hesabatında  məlumat  verilib.

 

Hesabatda  qeyd  edilib  ki, Assosiasiya, dünyanın  bir  sıra  nüfuzlu  elmi  qurumlarında  və  ali  təhsil  müəssisələrində  müxtəlif  elm  sahələrini  təmsil  edən  çoxsaylı  Azərbaycan  əsilli  görkəmli  alimlərlə  əlaqələr  qurmaq, onların  elmi  potensialından  və  zəngin  təcrübəsindən  məqsədyönlü  istifadə  etmək  üçün  yaradılıb.

 

Eyni  zamanda  Azərbaycan  xalqının  çoxəsirlik  milli  dövlətçilik  ənənələrinin, Azərbaycançılıq  ideyasının   formalaşma  və   inkişaf  proseslərini  tədqiq  və  təbliğ  etmək  məqsədilə  AMEA-da  ictimai  əsaslarla  fəaliyyət  göstərən  Azərbaycançılıq  Elmi – İdeoloji  Mərkəzinin  yaradıldığı  qeyd  edilib.