Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-11 17:25:00
Doktorantura  təhsili  üzrə  milli  idarəetmə  portalı  yaradıldı

“Nizami” layihəsi  çərçivəsində  doktorantura  təhsili  üzrə  milli  idarəetmə  portalı  yaradılıb.

 

AzEdu.az  xəbər verir  ki, bu  barədə  Nazirlər  Kabinetinin  2020-ci  ilə  dair  hesabatında  qeyd  edilib.

 

Milli  idarəetmə  portalının  yaradılmasında  əsas  məqsəd  Azərbaycanda  doktorantura  təhsilinin  Avropa  ali  təhsil  məkanının  tələblərinə  uyğun  yenidən  qurulması  və  inkişaf  etdirilməsidir.

 

Doktorant  və  tədqiqatçıların  mübadiləsini  həyata  keçirmək  və  ortaq  elmi  araşdırmalar  aparmaq  məqsədilə  Fransanın  Monpelye  Universiteti  ilə  əməkdaşlıq  haqqında  çərçivə  sazişi  imzalanıb. Bu  sazişə  əsasən  Azərbaycandan  olan  doktorantlar  beynəlxalq  ikili  diplom  proqramları  üzrə  Fransanın  Monpelye  Universitetində  doktorantura  təhsili  alacaqlar.