Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-08 16:19:00
Malayziyada məktəblərdə dərslər altı aylıq fasilədən sonra bərpa edilib

Malayziyada koronavirus pandemiyasına görə tətbiq edilən qadağalar çərçivəsində məktəblərin ibtidai siniflərində dayandırılmış dərslər altı aylıq fasilədən sonra bərpa olunub.

AzEdu.az “The Star” qəzetinə istinadla xəbər verir ki, martın 8-də bərpa edilən dərslər nəticəsində 1,8 milyon uşaq məktəblərə dönüb.
Malayziyanın Təhsil naziri Mohda Razi Cidina bildirib ki, orta məktəblərdə dərslər aprelin 4-də və ya 5-də bərpa ediləcək. Dəqiq tarix hər bir ştatın öz hökuməti tərəfindən təsdiq ediləcək. Nazir, həmçinin bildirib ki, dərslərin martda bərpa olunması ibtidai sinif şagirdlərinə koronavirus pandemiyası ilə bağlı görülən tədbirlərə uyğunlaşmaq imkanı yaradacaq.

Qəzetin yazdığına görə, Təhsil Nazirliyi tədris müəssisələrində valideynlərin də daxil edildiyi könüllülərdən ibarət qrupların növbətçilik etməsi barədə göstəriş verib. Bu qrupların məktəblərdə epidemik tələblərə əməl olunmasına nəzarət etməsi nəzərdə tutulur.

Qeyd edək ki, Malayziyada martın 5-dən başlayaraq ölkə daxilində hərəkətə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb. Buna səbəb kimi, son günlər koronavirusa yoluxma hallarının azalması göstərilir.