Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-27 14:03:00
Dövlət İmtahan Mərkəzi: TOEFL iBT imtahanında 13 nəfər iştirak etdi  

Dövlət İmtahan Mərkəzində (DİM) fevralın 27-də TOEFL iBT imtahanı keçirilib. İmtahan DİM-in Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

 

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, koronavirusla (COVID-19) mübarizə ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

 

İmtahanda 13 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-nin saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

Növbəti TOEFL iBT imtahanının martın 10-da keçirilməsi nəzərdə tutulur.