Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-27 09:37:00
Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edildi  

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı fevralın 26-na olan cədvələ uyğun yayımlanıb.

 

Agentlikdən AzEdu.az-a verilən məlumata görə, proqramda dərzi, mehmanxana inzibatçısı, bərbər-vizajist-manikürçü, qənnadçı-şirniyyatçı, kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi, kompüter operatoru, dizayner, ana dilində ünsiyyət ixtisasları üzrə dərslər təqdim olunub.

 

Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından izləyə bilərlər.