Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-23 13:45:00
AzTU-nun əlaçı tələbəsi "Davam" Gənclər Hərəkatı tərəfindən təltif edilib (FOTO)

Fevralın 19-da Vətən müharibəsində şanlı Zəfərimizin 100 günü münasibəti ilə Bakı şəhərində "Davam" Gənclər Hərəkatının mərkəzi ofisi olan "Bakı Dayaq Mərkəzi"nin açılış mərasimi keçirilib.

 

AzEdu.az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavinləri İntiqam Babayev, Fərhad Hacıyev, müşaviri İsrafil Cəfərov, Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev, Bakı Ali Neft Məktəbinin prorektoru Babək Məmmədov, millət vəkili Məşhur Məmmədov, “Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı və hərəkatın təşəbbüs qrupunun üzvləri : Natiq Mehdiyev, Sara Rəcəbli, Reyhan Camalova, Sabir Rüstəmov, Rasul Çunayev, Məhəmməd Türkmən və Nərmin Knyazlı iştirak edib.

 

Mərkəzlə tanışlıqdan sonra qeyd olunub ki, AzTU-nun əlaçı tələbəsi Nihad Kazımzadə "Davam" Gənclər Hərəkatının 1000-ci üzvü olduğu üçün "1000-ci Davamçı" adı ilə təltif olunub.

 

Qeyd edək ki, "Davam" Gənclər Hərəkatı Vətən müharibəsi dövründə yaranan bir gənclər hərəkatıdır. 2000-dən çox gənci öz ətrafında birləşdirməyi bacaran hərəkatın təsis olunduğu ilk həftələrdə həyata keçirdiyi "Qarabağ meşələrini qoruyaq!" adlı kampaniya beynəlxalq ictimaiyyətin nəzərini Ermənistan tərəfindən törədilən ekoloji terrora çəkmək üçün əlverişli bir addım olub.

 

"Davam" Gənclər Hərəkatının əsas məqsədi ictimai-siyasi proseslərdə aktiv rol almaq, gənclər və idman siyasətinə yeni və fərqli layihələrlə töhfə vermək, şəbəkələşərək böyümək və ətrafına daha çox gənc toplamaqla ölkəmizdə aparılan islahatlar prosesinə fayda verməkdir. "Bakı Dayaq Mərkəzi" bu məqsədlər istiqamətində növbəti əməli addımdır.