Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-23 10:02:00
Emin Əmrullayev Ankara Universiteti və Heydər Əliyev məktəbində olub

 

“Türkiyəyə səfərimiz çərçivəsində Ankara şəhərində yerləşən Ümummilli lider Heydər Əliyevin abidəsini və Heydər Əliyev adına məktəbi ziyarət etdik”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev şəxsi facebook səhifəsində yazıb.

 

O, Ankara Universitetinə ziyarətindən söz açıb:

 

“Pandemiya dövründə Azərbaycan Universitetlərində təhsil alan tələbələr üçün bir sıra ixtisaslar üzrə məsafədən təhsilin təşkilinə dəstək verən Ankara Universitetinə də baş çəkdik. Universitetin rektoru Necdet Ünüvara göstərdiyi dəstəyə görə xüsusi minnətdarlığımı bildirdim. Ankara Universitetində təşkil edilən Xocalı soyqırımın növbəti il dönümünə həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Türkiyədəki səfiri Xəzər İbrahimlə birgə iştirak edirdik. Həmyerlimiz Ankara Universitetinin professoru, hüquq üzrə elmlər doktoru Cavid Abdullazadə “Xocalıya Akademik baxış” mövzusunda təqdimatı ilə diqqətəlayiq məqamları nəzərə çatdırdı.

 

Pandemiya dövründə təhsilin təşkilinə dair Türkiyə təcrübəsi ilə yerində tanış olmaq məqsədilə Türkiyə Milli Təhsil Nazirliyinin nəzdində Ölçmə və Dəyərləndirmə Mərkəzini də görmək fürsətimiz oldu.

 

Günün sonuna doğru Türkiyə Respublikası Prezidentinin baş müşaviri Yalçın Topçu ilə görüşdüm”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları