Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-18 13:36:00
Britaniyalı şagirdlər sinifdə qalacaq  

İl ərzində əldə olunmuş biliklərin həcmi tədrisin davam etdirilməsi üçün kifayət deyil

 

 

Böyük Britaniyanın məktəblilərinə pandemiya səbəbindən  sinifdə qalmağı  tövsiyə edirlər. Bu barədə Böyük Britaniyanın Təhsil Siyasəti İnstitutu  (EPİ) təşəbbüslə çıxış edib.

 

İngilis mütəxəssislərinin fikrincə, ötən tədris ili ərzində əldə olunmuş biliklərin həcmi tədrisin davam etdirilməsi üçün kifayət deyil və bəzi şagirdlər valideynlərin razılığı ilə sinifdə qalmalıdırlar.  Təşəbbüsə maraqla yanaşan məktəb rəhbərləri isə  bu imkandan bütün şagirdlərin yararlanmasının tərəfdarı deyil.  

 

İnstitutun əməkdaşları bəyanatı Böyük Britaniyanın Baş naziri Boris Consonun martın 8-dən tez olmayaraq məktəblərdə karantinin bitməsi bağlı  mövqeyindən  sonra səsləndiriblər. Bu tədbir koronavirus infeksiyasının yayılması ilə əlaqədar zəruri hesab edilib.

 

Belə düşünülür ki,  məktəb proqramı tam həcmdə mənimsənilməyib.

 

Qeyd edilir ki, Böyük Britaniyanın təhsil müəssisələri distant təhsilə kəskin keçid üçün hazırlaşmayıblar. 2021-ci ilin əvvəlində Böyük Britaniyanın təhsil naziri Gavin Uilyamson hər il keçirilən dövlət imtahanlarının ləğv olunduğunu elan edib. Şagirdlərin attestasiyası il ərzində nümayiş etdirilən qiymətləndirmələr əsasında aparılacaq.

 

Təhsil Siyasəti İnstitutu hesab edir ki, bu cür attestasiya sistemi bütövlükdə təhsil sisteminin obyektivliyini şübhə altına ala bilər.  Biliklərdə  boşluqlar  yarana bilər, beləliklə, məktəblilər lazımi bacarıq və biliklərə yiyələnmədən təhsillərini davam etdirib, tam hazırlıqlı olmadan  işlə təmin ediləcəklər ki, bu da doğru deyildir.(azerbaycan muellimi)