Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-10 17:30:00
Lütfi Zadə təqaüdünü alacaq tələbələr məlum oldu-FOTO

 

 

 

Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası ilə AzEdu Academy-nin ortaq layihəsi olan Lütfi Zadə adına təqaüdü alacaq tələbələr məlum olub.

 

 

 

Qeyd edək ki, bir neçə gün öncə ölkə başçısı məşhur həmyerlimiz, dünya elminin fəaliyyət istiqamətini dəyişən professor Lütfi Zadənin 100 illik yubileyi ilə bağlı sərəncam imzalayıb.

 

 

LÜtfi Zadə Assosiasiyasının prezidenti professor Rafiq Əliyevin təşəbbüsü ilə irəli sürülən təqaüd proqramı layihəsinin təşkilat komitəsi bir müddət öncə qələbəmiz, torpaqlarımızın azad olunması ilə  başa çatan Vətən Müharibəsində, eləcə də I Qarabağ Müharibəsində  şəhid və qazi olan şəxslərin tələbə övladlarına adlı təqaüdün verilməsinin məntiqəuyğun olduğunu  qərara alıb.

 

Təqaüdün veriləcəyi tələbələr müəyyən edilərkən aşağıdakı şərtlər nəzərə alınıb:

 

 

-Valideyni I Qarabağ Müharibəsi və Vətən Müharibəsində şəhid-qazi olan, həmçinin, sosial  təminatı aşağı səviyyədə olan tələbələr;

 

 

-Yuxarıdakı meyara cavab verməklə kompüter mühəndisliyi, dəqiq elmlər, IKT sahəsi ilə bağlı ixtisaslarda oxuyan tələbələr.

 

 

Beləliklə, başqa professor Rafiq Əliyev olmaqla, təşkilat komitəsinin verdiyi qərara əsasən bütün şərtlərə cavab verən aşağıdakı iki tələbə Lütfi Zadə təqaüdünə layiq görülüb:

 

 

1)Vəlizadə Fidan Aqşin qızı – UNEC-in Rəqəmsal İqtidsadiyyat fakültəsinin (kompüter elmləri ixtisası)  I kurs tələbəsi

 

2)Məmmədova Aygün İlkin qızı – Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetrika fükültəsinin (kompüter elmləri ixtisası  üzrə) III kurs tələbəsi.

 

 Layihənin məqsədi dünya elmi, eləcə də bəşəri məntiq və fikir sistemində inqilabi dəyişiklik edən, süni intellekt, qeyri-səlis məntiq nəzəriyyələri ilə minillik mütləq yanaşmanı aradan qaldıran böyük alim, həmyerlimiz Lütfi  Zadənin xatirəsini yaşatmaqdır.