Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-23 13:18:00
"Onlar bu çətin vəziyyətdə təhsilalanlara dəstək olsunlar"- Nazir 

“Paytaxdan eləcə də rayon mərkəzlərindən kənarda ucqar kəndlərdə yaşayan şagirdlərin vəziyyəti bizi daha çox narahat edir. Biz onlar üçün teledərslər modelini seçdik ki, onların internetə çıxışı olmasa da, heç olmasa teledərslərə çıxışı olsun . Həmçinin bütün şagirdlər pulsuz dərsliklərə təmin edilir. Bu da minimal vəsait kimi başa düşülür”.

 

Azedu.az xəbər verir ki, ,   bunları Təhsil naziri Emin Əmrullayev "Xəzər" Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında çıxışı zamanı deyib.

 

O hazırkı durumda ailə mühitunun məktəbi üstələdiyini də vurğulayıb:

 

“Bizim ailədən, yaxın adamlardan gözləntilərimiz var. Onlar bu çətin vəziyyətdə təhsilalanlara dəstək olsunlar.  Bu olduqca çox vacibdir. Çünki məktəb təhsil sisteminin yalnız bir hissəsidir.  Uşaq daha çox ailə ilə yaşayır və istər istəməz evdəkilərdən, qonşuluqda yaşayan adamlardan da öyrənir, onlardan hansısa vərdişləri, dəyərləri götürür. Hazırda ev mühitinin çəksi, məktəbdən daha çox artıb. Çünki məktəb distantdır. Əvvəl bu nisbətən bərabər olsa da, indi  bu çəki daha çox evin, valideynlərin üzərinə düşür”