Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-19 12:08:00
Müasir İnnovasiyalar Liseyi şəhid övladının təhsil xərclərini öz üzərinə götürdü  

 

II Qarabağ müharibəsində Azərbaycan xalqı nümunəvi birlik nümayiş etdirdi. Bu bütün sahələrdə özünü göstərdi. İstər hərbi sahədə, istər ön cəbhə, istər arxa cəbhədə. Xalq dəmir yumruq ətrafında bir olub gücqnü göstərdi.

 

44 günlük müharibə müddətində maddi-mənəvi dəstəyini əsirgəməyən Müasir İnnovasiyalar Liseyi kollektivi 44 günlük müharibə bitdikdən sonra da əsgərlərə, yaralılara yardımlarını əsirgəmədilər. Liseydə təhsil alan hərbçi ailələrinə həmin ayların ödənişinin bağışlanması, təhsil haqqının azaldılması, şəhid ailələrinə lazımi dəstəyin edilməsi, iki şəhid övladının işlə təmin edilməsi buna nümunədir.

 

Müharibə qələbə zəfəri ilə bitdi. Müasir İnnovasiyalar Liseyi rəhbərliyi bu zəfəri xalqa yaşadanları unutmur kiçik də olsa öz dəstəyini göstərmək üçün şəhid övladının təhsilini öz üzərinə götürmüşdür. Dama-dama göl olar demişlər. Hər müəssisə bir şəhid övladını himayəsinə götürərsə dövlətə dəstək olmuş olarıq.

 

Müasir İnnovasiyalar Liseyi baş leytenant Nurzadə Rövşən Əli oğlunun kiçik oğlunun təhsilini öz üzərinə götürmüş, il nöbvədə psixoloji konsultasiyalar təşkil etməklə öz dəstəyini göstərmişdir. Şagirdi təhsilə qaytarmağın, mənəvi borcu olduğunu qeyd edən lisey rəhbərliyi şagirdi ilk növbədə müəllim və şagird kollektivi ilə tanış etmiş, tədrisə cəlb etmək üçün əllərindən gələni etmişlər.

 

Torpaq, vətən uğrunda şəhid olanlar unudulmaz, əbədi tarix,qəhrəmanlıq səlnaməsi yazanlardir. Oğullarımızın hər biri igid cəngavərlik nümayiş etdirdilər.Dünya tarixində hələ belə bir döyüş olmayıb. Bizim Ordumuz çox qısa bir müddətdə dünyaya öz gücünü bir daha göstərdi.Minlərlə oğullarımız tarix yazdılar, Şuşamızı geri qaytardılar. Onlar dünyanın heç bir yerində olmayan şücaəti göstərdilər.

 

Müharibənin öz qanunları var.Bəli,müharibə heç vaxt unudulmayan acı xatirə-lər,itirilmiş talelər,həyatlardır.. İnsan əbədi həyata bu dünyada hazırlanır. Şə-hidlərimiz torpaq uğrunda şəhidlik zirvəsinə ucalmaqla əbədilik qazandılar Bəli,Şəhidlik bir zirvə, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq var. Bu sevgi beşikdən, ana lay-lasından, ailədən, məktəbdən başlanır. Düşmən qarşısında inamla dayanıb, Vətəni-mizi, torpaqlarımızı qoruyarkən şəhid olan igid oğullarımızdan biri də Nurzadə Rövşən Əli oğludur.

 

Nurzadə Rövşən Əli oglu 24.03.1975 il ci ildə Sumqayit şəhərində anadan olub və Sumqayit şəhər 31nomreli məktəbdə oxumuş və həmin məktəbi bitirmişdir.

 

Məktəbi bitirdikdən sonra Rövşən Nurzadə Ali Hərbi Məktəbə daxil olmuş,oranı bitirdikdən sonra Qarabağa getmişdir. Ağdamdakı hərbi hissədə 10 il bölük komandiri kimi fəaliyyət göstərmişdir. Hərbi xidmətini Qarabağın sərhəd böl-gəsində, 190 sayli hərbi hissədə rota komandir kimi xidmətini başa catdirib . 2002

 

– ci ildən isə baş leytenant kimi ehtiyata buraxılmışdır.Sonra hərbidən ayrılmış və ikinci ali təhsil olaraq İqtisadiyyat universitetində təhsil almışdır.

 

Şəhidimiz hələ uşaq yaşlarından Vətənə, millətə, Qarabağa bağlı olub. Hətta doqquzuncu sinifdə oxuyarkən valideynlərindən xəbərsiz Ağdama qaçıb. Onun qorxmazlığı, igidliyi hələ erkən yaşlarından bəlli idi. Elə o qorxmazlığı onu şəhid-lik zirvəsinə ucaltdı. 2020-ci il oktyabr ayının 18-də Rövşən Nurzadə ikinci Qara-bağ müharibəsində könüllü olaraq cəbhəyə yola düşmüşdür.O, 181 saylı hərbi his-sədə baş leytenant kimi iştirak etmiş və torpaqlarımızı mənfur düşmənlərdən-ermə-ni işğalçılarından azad edilməsində Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda qəhrəmanlıqla döyüşmüşdür.

 

Baş leytenant Rövşən Nürzadə xalq artisti,Akademik Milli Teatrın aparıcı səh-nə ustası ,mədəniyyət və incəsənət universitetinin professoru Əli Nurun oğlu-dur. Rövşən Nurzadə Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etməklə adını tarixə yazdırdı.

 

Baş leytenant Rövşən Nurzadə 6 noyabr 2020 –ci ildə,45 yaşında vətənin azadlı-ğı, Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına ölməzliyə qovuşdu.

 

O,İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur. Nurzadə Rövşən Əli oğlu – baş leytenant (ölümündən sonra) “Vətən uğrunda”medalı,”Qubadlının” və “Şuşanın” azad olunmasına görə medalı ilə təltif edilmişdir.

 

Rövşən Nurzadə ailəlidir. İki oğul övladını bizlərə əmanət qoyub getmişdir.

 

Övladlarından biri Vaqif Nurzadə Kiprdə Ağdəniz Universitetinin turizm ixtisası üzrə təhsil alır.İkinci kurs tələbəsidir. Digəri isə Kənan Nurzadə 6-cı sinifdə oxuyur. Təhsili artıq Müasir İnnovasiyalar Liseyində davam etdirir.

 

Rövşən, siz şəhidlik zirvəsinə uçaldinız. Siz şəhidlər bizim and yerimizsiniz, Azərbaycan xalqı sizinlə fəxr edir.

 

Bütün dünya Azərbaycan xalqının gücünü gördü. Biz dünyaya sübut etdik ki, Qarabağ Azərbaycandır.

 

Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Hər birimizin də vətəndaşlıq borcumuzdur ki, bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq.