Şəmkirdə bıçaq xəsarəti alan 12 yaşlı qız xəstəxanada ölüb. Mahmudlu kənd sakini 2014-cü il təvəllüdlü Ə. Namazova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 12 yaşlı qız qətlə yetirən şəxs artıq tutulub.
AzEdu.az xəbər verir ki, APA-nın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən bacısı, 16 yaşlı S.Rəhimova saxlanılıb.
Araşdırmalar davam etdirilir.
TƏBİB-dən bildirilib ki, 24.07.2026-cı il tarixində saat 21:00 radələrində 2014-cü il təvəllüdlü azyaşlı (qadın cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ölü vəziyyətdə gətirilib.