Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-19 13:00:00
AzEdu.az-dan tədrislə bağlı vacib kitab- “Ömrün uğurlu bünörvəsi” –PDF-i portaldan yükləyin

 

 

 

“Ömrün uğurlu bünörvəsi” kitabının online versiyasını səhifəmizdən yükləyə bilərsiniz.

 

 

Kitab  bp və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “PETRONAS”, “MOL”, “LUKOİL”, “NİCO”, “Equinor”, “İNPEX”, “ExxonMobil”, “SGC”, “İTOCHU”, “ONGC”, “TOTAL”, “Eni” – tərəfindən maliyyələşdirilən və AzEdu tərəfindən icra edilən “Şəxsiyyətin 1 yaşından başlayaraq formalaşma metodları” layihəsi  çərçivəsində ərsəyə gəlib. 

 

 

Kitabın əsas məqsədi gənc valideynləri həm reproduktiv sağlamlıq baxımından, həm də öz övladlarını 7 yaşa qədər böyütdükləri zaman onlar üçün hərtərəfli, maraqlı tövsiyyələrlə zəngin resurslarla təmin etməkdir.

 

 

Professor Əhməd Qəşəmoğlunun rəhbərlik etdiyi müəlliflər heyətinin əsas məqsədi  hazırda Azərbaycanda böyüməkdə olan uşağın müasir tələblər baxımından formalaşmasına yardım edə biləcək, elmi-populyar dildə, uyğun illustrasiyalarla verilmiş tövsiyyələrdən ibarət məzmunlu, elmi əsaslarla yaradılmış kitabı  ərsəyə gətirmək olub.

 

 

Kitabın müəllifləri  təhsil, psixologiya, tibb, sosiologiya sahələrinin tanınmış alimlərdirlər: Sosioloq – alim Əhməd Qəşəmoğlu, Təhsil İnstitutunun şöbə müdiri Laləzar Cəfərova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Məftunə İsmayılova, “ADA Universiteti”nin müəllimi Ülviyyə Mikayılova, ADPU-nun müəllimi Xalidə Musayeva, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Anar Qafarov, psixoloq Ramidə Məmmədova, məktəbəqədər təhsil müəssisəsinin rəhbəri Azadə Əhmədova.

 

“Ömrün uğurlu bünörvəsi” kitabı  uşaqların məktəbəqədərki dövründə təlim-tərbiyə işlərinin daha mükəmməl,  müasir tələblərə, elmi tövsiyyələrə uyğun olaraq qurulması üçün   elmi-populyar dildə hazırlanıb.

 

Kitab həm valideynlər, həm də məktəbəqədər təhsil sisteminin təşkilatçıları,  uşaq bağçaları müəllimləri üçün nəzərdə tutulur.