Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-05 10:30:00
Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə indiyədək 328 nəfər uğur qazandı  

 

Ümumilikdə 46 dövlət orqanında 379 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il avqustun 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, müsahibədə 328 nəfər uğur qazanıb. Onlardan 172-si Təhsil Nazirliyində, 29-u Dövlət Statistika Komitəsində, 24-ü Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, 18-i Maliyyə Nazirliyində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

 

Qeyd edək ki, müsahibədə iştirak üçün 5304 nəfər sənəd verib. Müsahibə yanvarın 29-da başa çatacaq.