Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-02 13:10:00
Ötən il direktor vəzifəsinə təyin edilənlərin sayı açıqlandı

Ötən il 52 nəfər məktəb direktoru vəzifəsinə təyin edilib.

Bu barədə Təhsil Nazirliyinin yaydığı hesabatda qeyd edilib. 

 

2019-cu ilin iyul ayında elan edilmiş dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti yerləşdirmə mərhələsinin nəticələrinə əsasən, uğur qazanmış və ehtiyat kadr siyahısında olan daha 52 nəfər direktor vəzifəsinə təyin edilib.

Bununla da, 2019-2020-ci illərdə müsabiqədə uğur qazanaraq direktor vəzifəsinə təyin olunan şəxslərin sayı 433 nəfərə çatıb.