Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-02 10:18:00
COVID-19-un beyin damarlarına təsiri müəyyənləşib

Alimlər COVID-19-la beyin damarlarının zədələnməsi arasında əlaqə tapıblar.

Bu barədə “New England Journal of Medicine”də məqalə dərc edilib.

Bildirilir ki, koronavirus beyin toxumasına nüfuz etmir, ancaq beynin içindəki kiçik damarların divarlarını zəiflədə, qanaxma və insulta təsir göstərə bilər.

 

Bu ilin mart-iyul ayları arasında ölən bir neçə koronavirus xəstəsində beyin qan dövranı sisteminin vəziyyəti araşdırılıb.

İlkin analizlər ölümlərin beyin zədələnməsi ilə əlaqəli olduğunu göstərib.

MRT müayinələrdən məlum olub ki, beyində bir çox iltihab ocağı və kiçik qanaxma, kiçik kapilyarların və digər damarların divarları qan və içindəki zülallar üçün keçirici hala gəlib.

“İnfeksiya və xroniki oksigen çatışmazlığı nəticəsində yaranan zədənin izlərini görəcəyimizi gözləyirdik. Bunun əvəzinə, sinir toxumasında adətən beyin insultu və ya iltihabından sonrakı çox kiçik zədə meydana gəldi”, - deyə mütəxəssislər qeyd edib.

Virus nə xəstələrin beynində, nə də damarlarında tapılıb. Beynin kapilyarlarının SARS-CoV-2-yə yoluxma səbəbindən deyil, immunitet sisteminin çox yüksək fəaliyyəti səbəbindən məhv edildiyi ortaya çıxıb, o, yalnız virusa deyil, qan damarlarının sağlam hüceyrələrinə də hücum etməyə başlayıb. Nəticədə, orada qan laxtaları və mikrogliyalarla dolu olan “dəliklər” meydana gəlib.

İndi alimlər beyin damarlarındakı zədənin nə qədər davam etdiyini anlamalı və bunların qarşısını ala biləcək və ya aradan qaldıracaq bir terapiya seçməlidirlər.