Azedu.az

UNEC-də testlərin hazırlanması metodları ilə bağlı təlimlər keçiriləcək-DİM-lə birgə  

Ali təhsil

Dövlət İmtahan Mərkəzi

24 Dekabr 2020, 09:23
UNEC-də testlərin hazırlanması metodları ilə bağlı təlimlər keçiriləcək-DİM-lə birgə  

Dövlət İmtahan Mərkəzi (DİM) və UNEC-in birgə təşkilatçılığı ilə təhsilalanların biliyinin qiymətləndirilməsi üzrə testlərin tərtibi metodikası ilə bağlı təlimlər keçiriləcək.

UNEC-dən AzEdu.az-a bildirilib ki, dekabrın 25-29-da təşkil olunacaq təlimlər DİM-in məsul şəxsləri tərəfindən aparılacaq.

Təlimlər “Tədris materiallarından (dərslik, mühazirə materialları, təqdimatlar) istifadə etməklə testlərin hazırlanması üsulları”, “Testlərin formaları və onların tərtibində stilistik, orfoqrafik tələblər”, “Tərtib olunmuş testlərin monitorinqi və ekspertizası” və “Test bazası və onun yenilənməsinə olan tələblər” mövzusunda olacaq.

Təlimlər UNEC-in rəsmi “facebook” (www.facebook.com/unecedu) səhifəsi üzərindən canlı yayımlanacaq.

TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində
Son xəbərlərDaha çox