Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-17 11:11:00
Vakant inzibati vəzifələr üzrə ümumi müsahibəyə qeydiyyat davam edir  

 

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün dekabrın 10-da elan olunmuş ümumi müsahibəyə qeydiyyat davam edir.

 

AzEdu.az xəbər verir ki, ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə 2021-ci il yanvarın 11-dək Dövlət İmtahan Mərkəzinin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.

 

Qeyd edək ki, 7 dövlət orqanında inzibati vəzifələrin 4-5-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilib. Mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə hakimiyyəti orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 6-sı dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 14-ü B növü vəzifələrə (inzibati icraçı) aiddir.

 

Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.