https://www.zirve.edu.az/ #
2020-12-02 17:59:00
"Virtual təhsilə dəstək" mövzusunda özəl və dövlət qurumları ilə görüş keçiriləcək

Ölkədə pandemiya dövründə təhsilin əlçatanlığını təmin etmək və təlim-tədris prosesini məsafədən təşkil etmək məqsədilə cari ilin 2 aprel tarixindən etibarən Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" layihəsi həyata keçirilir.

 

Nazirlikdən AzEdu.az-a verilən məlumata görə, layihə çərçivəsində hazırda platformada ümumi istifadəçi sayı şagirdlər üzrə 1,3 milyondan çox, müəllimlər üzrə 113 min, aktiv istifadəçilərin sayı isə 1 milyona çatıb. Layihənin əhatə dairəsi və təhsil imkanları hər gün genişlənsə də, bəzi ailələrdə zəruri texnologiyaların olmaması səbəbindən uşaqlar distant tədrisə qoşula bilmirlər. Qeyd olunan problemlərin qismən aradan qaldırılması məqsədi ilə Təhsil Nazirliyi özəl və digər dövlət qurumları ilə mütəmadi olaraq əməkdaşlıq edir. Bu əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və  “Virtual məktəb” layihəsinə dəstəyin təşviqi məqsədi ilə 4 dekabr tarixində geniş formatda onlayn görüş təşkil olunacaq.

 

Görüşdə iştirak etmək istəyən qurumlardan əlaqələndirici şəxslə (Səbinə Hacızadə, [email protected]) əlaqə saxlamaları xahiş olunur.