Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-26 13:56:00
Bu amillər magistratura imtahanlarında tələbələrin xeyrinə hesablanacaq

 

 

Magistraturaya  qəbul  imtahanın  vaxtı  yaxınlaşdıqca, namizədləri narahatçılığı da artır.

 

Nəticədə, Dövlət İmtahan Mərkəzində çoxsaylı suallar gəlir.

 

AzEdu.az DİM-ə ən çox  ünvanlanan sualların cavablarını təqdim edir:

 

 

SUAL: Magistraturaturaya qəbul imtahanında  namizədlərin bakalavriaturadakı ümumi orta müvəffəqiyyət göstəricisinin rolu varmı?

 

 

CAVAB: Magistraturaya qəbul müsabiqəsi zamanı imtahan balı eyni olan iki və daha çox bakalavrı bir-birindən fərqləndirmək üçün ilk növbədə ümumi orta müvəffəqiyyət göstəricisindən istifadə edilir.

 

Daha sonra ümumi intellekt səviyyəsini yoxlayan testdən toplanılan bal və xarici dil üzrə testdən toplanılan bal nəzərə alınır.

 

Ümumi orta müvəffəqiyyət göstəricisini elektron ərizələrində qeyd etməyən bakalavrların müvafiq göstəricisi sistemə minimal bal kimi daxil edilir.