Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-19 11:53:00
Təhsil naziri əmr imzaladı: Vətən müharibəsi dərsliklərə salınacaq

 

“Vətən müharibəsinə dair ibrətamiz faktlar toplanılır, mövzular işlənərək həm dərsliklərimizdə, həm də tədrisin bütün məzmununda yer tapacağı gözlənilir”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov şəxsi facebook səhifəsində yazıb.

 

O, II Qarabağ müharibəsinin dərsliklərə salınmasından söz açıb.

 

“Vətən müharibəsi qalibiyyətlə yekunlaşıb. Bu şərəfli tarixin iştirakçısı olan on minlərlə insanımıza böyük sevgi borcumuz var. Şəhid olan cəngavərlərimizi, qazi olan qəhrəmanlarımızı böyük ehtiramla yaddaşlarımıza həkk edəcəyik.

 

Şübhəsiz ki, təhsilimizin məzmununda bu həm forma, həm də ayrı-ayrı hekayələrlə öz əksini tapacaq. Bununla bağlı Təhsil naziri ayrıca əmr imzalayıb. Bu əmrə əsasən, Vətən müharibəsinin bütün qəhrəmanlıq salnaməsi ilə bağlı ayrı-ayrı məqamlar incəliklə araşdırılacaq və tədrisin məzmununda əks olunacaq. Bunun üçün təhsil mütəxəssisləri həmkar qurumlarla çalışır və Vətən müharibəsinə dair ibrətamiz faktları toplayır, mövzular işlənərək həm dərsliklərimizdə, həm də tədrisin bütün məzmununda yer tapacaq. Bu proses hələ yekunlaşmayıb, davam edir və yekunları ilə bağlı ictimaiyyətə vaxtaşırı məlumat veriləcək”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları