Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-17 12:00:00
Abituriyentlər qəbul imtahanının I mərhələsindən azad olunacaqlar  

 

 

“Bu il buraxılış imtahanında iştirak etmiş abituriyentlər 2021-ci ildə I-V ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsində iştirak etmədən birbaşa imtahanın ikinci mərhələsində iştirak edə bilərlər”.

 

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi resmi feysbuk səhifəsində abituriyentlərin suallarını cavablandırarkən bildirib.

 

Buraxılış imtahanının nəticəsi 2 il qüvvədə olur. Bu il buraxılış imtahanında iştirak etmiş abituriyentlər 2021-ci ildə I-V ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsində iştirak etmədən birbaşa imtahanın ikinci mərhələsində iştirak edə bilərlər.

 

Bundan əlavə, abituriyentlər öz istəklərinə uyğun olaraq, yenidən qəbul imtahanının birinci mərhələsində də iştirak edə bilərlər. Bu zaman abituriyentlər müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəklərini özləri müəyyən edirlər.

 

Qeyd edək ki, istənilən halda abituriyentlər müəyyən olunacaq vaxtda qeydiyyatdan keçərək elektron ərizələrində imtahanın birinci mərhələsində iştirak edib-etməyəcəklərini qeyd etməlidirlər.