Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-07 15:12:00
Bakı məktəbliləri Dövlət Bayrağı Gününü qeyd edib - FOTO

Bakı şəhəri 53 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunan “Zəfər çalan bayrağımız" mövzusunda onlayn konfrans keçirilib.

 

AzEdu.az xəbər verir  ki, konfransda təhsil müəssisəsinin direktoru Tünzalə Zeynalova, direktor müavini, ehtiyatda olan polkovnik-leytenant Qabil Nəsibov, məktəbin hərbi rəhbəri, birinci Qarabağ müharibəsi qazisi Şahin Babayev və tarix müəllimi Yeganə Aslanova çıxış ediblər.

 

Çıxış edənlər Azərbaycan bayrağının şanlı tarixi haqqında məlumat verib, milli-mənəvi dəyərlərimizin qorunmasından, qədim mədəniyyətimizdən və dövlətimizin keçdiyi tarixi yoldan söz açıblar. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə mübariz ordumuzun Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində uğurlu hərbi əməliyyatlara aid xoş təəssüratlarını bölüşüb və şagirdlərə Vətəni sevməyi, onun tarixini dərindən öyrənməyi tövsiyə ediblər.

 

Sonra şagirdlər bayraq, vətənpərvərlik mövzusunda hazırladıqları şeir və kompozisiyaları, əsgərlərə ünvanladıqları ürək sözlərini səsləndiriblər.

 

Konfransın sonunda vətənpərvərlik mövzusunda hazırlanmış videoçarx nümayiş olunub.