Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-07 09:00:00
Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edildi

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı noyabrın 6-na olan cədvələ uyğun yayımlanıb.

Agentlikdən  bildirilib ki, proqramda estetika və mədəni özünüifadə, geyim üzrə dizayner, bərbər-vizajist-manikürçü, ana dilində ünsiyyət, aşpaz, kompüter operatoru, dizayner, avtomobil diaqnostikası və təmiri, xarici dildə ünsiyyət ixtisasları üzrə dərslər təqdim olunub.

Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyi rəsmi “YouTube” (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, “Facebook” (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.