Məşhur həkim Yevgeniy Komarovski koronavirus xəstəliyini təyin etməyin sadə bir yolunu açıqlayıb.
AzEdu.az xəbər verir ki, həkim qoxu və dad hissinin itirilməsinin COVID-19-un ən xarakterik simptomu olduğunu yazdı.
"Odur ki, iybilmə duyğusu diaqnostik hesab edilə bilən yeganə simptomdur, qoxu testi hər hansı bir termometriyadan daha dəqiqdir", - həkim qeyd edib.
Komarovski həssaslığın itirilməsinin infeksiyanın dad və qoxu qavrayışından məsul olan sinir hüceyrələrinə təsir etməsi səbəbindən meydana gəldiyini əlavə edib.