Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-21 17:48:00
BDU-nun Silahlı Qüvvələrə Yardım Fonduna köçürdüyü ümumi vəsait açıqlandı

Bakı Dövlət Universiteti (BDU) ordumuza yardım aksiyasını davam etdirir.

 

AzEdu.az xəbər verir ki, universitetin Elmi Şurasının qərarı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna təhsil müəssisəsinin büdcəsindən 200 min manat vəsait köçürülmüşdü. Bundan sonra BDU-nun əməkdaşları da fərdi qaydada könüllü şəkildə aylıq əməkhaqlarından müəyyən miqdarda vəsaitin Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsi üçün müraciət edib. BDU əməkdaşlarının müraciətləri əsasında toplanan 273 min 656 manat vəsait bu gün həmin Fonda köçürülüb.

 

BDU-nun Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna köçürdüyü vəsait ümumilikdə 473 min 656 manata çatıb.

 

Universitet ailəsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun bütün torpaqlarımızı işğaldan tezliklə azad edəcəyinə əmin olduğunu bildirir və ordumuza yeni zəfərlər arzulayır.

 

Yaşasın müzəffər Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!