Azedu.az

Bu il UNEC-də qeydiyyatdan keçən tələbələrin sayı AÇIQLANDI  

21 Oktyabr 2020, 09:23
Bu il UNEC-də qeydiyyatdan keçən tələbələrin sayı AÇIQLANDI  

2020/2021-ci tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul uğurla tamamlanıb.

 

Bu haqda AzEdu.az -a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, bu il II ixtisas qrupu üzrə ən yüksək bal toplayan (688,4) abituriyentin seçimi də məhz UNEC olub.

 

UNEC-dən bildirlib ki, II ixtisas qrupu üzrə 600 və yüksək bal toplayan 215 abituriyentdən 177 nəfəri, yəni 82,3%-i UNEC tələbəsi adını qazanıb.

 

Həmçinin, UNEC-in bakalavr pilləsi üzrə 3398 plan yerinə 3238 nəfər qeydiyyatdan keçib, qəbul planı 95,2% yerinə yetirilib.

 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox