Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-20 15:42:00
BMU yeni teledərsləri təqdim etdi

Bakı Mühəndislik Universitetinin (BMU) ötən həftə start verdiyi “Teledərs” layihəsi davam edir. Universitetin saytında yaradılan “Teledərs” bölməsinə (https://beu.edu.az/az/page/teleders-190/) bu həftə yeni dərslər yerləşdirilib. Bölməyə Kimya mühəndisliyi, Mexanika mühəndisliyi, Biologiya müəllimliyi, Kimya müəllimliyi ixtisasları üzrə 5 laboratoriya, Maliyyə ixtisası üzrə isə 1 dərs əlavə olunub.

 

AzEdu.az xəbər verir ki, layihənin həyata keçirilməsində əsas məqsəd mövcud pandemiya şəraitində tədrisə marağın azalmaması, tədrisi onlayn formada çətinlik törədən bir sıra fənlərin əlçatanlığının təmin olunmasıdır. Teledərslər vasitəsilə tələbələr praktik-təcrübi laboratoriya işlərini daha rahat və istənilən zaman izləyə, həmçinin dil bacarıqları təkmilləşdirə bilərlər.

 

BMU TV-nin çəkdiyi dərslər əsasən ingilis dilindədir. Teledərslərdən təkcə BMU-da ingilis dilində tədris alan tələbələr deyil, həmçinin eyni ixtisaslar üzrə təhsil alan digər universitet tələbələri də yararlana bilərlər.