Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-20 10:44:00
İnformasiya müharibəsinin tələbə əsgərləri - VOİCE OF KARABAKH

Hazırda ön cəbhədə olduğu kimi informasiya cəbhəsində  də  şiddətli müharibə  davam edir. 

 

Bir çox gənclərdən ibarət qruplar Ermənistanın Azərbaycana qarşı  törətdiyi cinayətləri  beynəlxalq  ictimaiyyətə çatdırmağa çalışır.

 

Bu  qruplardan  biri də  Voice of  Karabakh –dır . Qrupun aktiv iştirakçıları  gündəlik olaraq  xarici qrumlara,  xüsusi ilə də müxtəlif ölkələrin  medya  orqanlarına  erməni vandalizmi, azərbaycanlılara qarşı  həyata keçirdikləri vəhşiliklərlə bağlı  məlumatları toplu şəkildə mail olaraq  göndərirlər.

 

AzEdu.az xəbər verir ki,  qrupun yaradıcısı İstanbul Universiteti, Politologiya və  Beynəlxalq  Münasibətlər  fakultəsinin  tələbəsi Taleh Sultandır.

 

Gənc tələbə Ermənistan tərəfinin mülki əhaliyə qarşı törətdiyi cinayətləri Beynəlxalq ictimaiyyətin görməzdən gəlməsinə  diqqət  çəkib:

 

“Beynəlxalq  hüquqa, Cenevrə konvensiyasına, Humanitar atəşkəsə məhəl qoymayan, baza prinsiplərini tanımayan Ermənistan tərəfinin təkcə münaqişəli ərazilərdə deyil, həmdə aktiv döyüş əməliyyatlarının getdiyi ərazilərdən yüzlərlə kilometr aralıda yerləşən şəhərlərimizi və sivilləri hədəf alan anti-humanist və işğalçı siyasətini Beynəlxlaq ictimaiyyətin görməzdən gəlməsi narahatedici bir haldır.

 

Bu səbəbdən bir qrup sosial aktiv gənclə birlikdə Voice  of  Karabakh - platformasını yaradaraq, bu platforma ətrafında birləşməyi qərara aldıq. Məqsədimiz beynəlxalq ictimaiyyətə "Dağlıq Qarabağ" konflikti haqqında reallıqları çatdırmaq, alternativ məlumat profili formalaşdırmaq və təsir qüvvəmizi genişləndirməkdir.

 

O, hazırki dövrdə informasiya müharibəsinin vacibliyinə diqqət çəkib

 

Yolumuz  uzun, aksiyamız müddətsizdir. Biz və bizim kimi təməli maarifləndirmə və reallıqları çatdırmaq üzərində qurulan platformalar hər iki dövrdə (işğal və işğalın sonlanması) apardıqları  informasiya mübarizəsində vacib rola sahibdirlər. Mübarizə hər iki dövrdə eyni xətt üzərindən gedir. Dünya praktikasında bəzən ikinci hissədə bu mübarizəyə daha çox ehtiyac duyulduğu bir çox hallarda görülüb. Hər şeyin planladığımız və nəzərdə tutduğumuz kimi gedəcəyi təqdirdə, uzunmüddətli fəaliyyət bizi gözləyir.

 

Gənc tələbə internetin prosesə yaratdığı çətinliklərdən söz  açıb:

 

“İnternetə və sosial şəbəkələrə girişin məhdudlaşdırılması daha geniş kütləyə çıxışımızın qarşısını alır və aksiya/marafonlarımızın effektivliyini azaldır. Voice  of  Karabakh  platforması daxilində bir neçə layihələrimiz var ki, internetə girişin məhdudlaşdırılması səbəbindən həyata keçirə bilmirik.

 

 

Qarabağ  reallıqlarını çatdırmaq  üçün  informasiya mübarizəsi aparan bir çox komandalar var. Gənclərə individual formada deyil, aksiyaların kütləvi şəkildə keçirilməsi və daha effektiv olması üçün  bu platformalarla birgə fəaliyyətə səsləyirəm. Vaxtımızı və gücümüzü daha real, nəticə verə biləcək fəaliyyətlərə sərf edək.

 

Voice  of  Karabakh – Platforması  olaraq  təkliflərə və birgə fəaliyyətə hər zaman açığıq.

 

Qələbə bizimdir!

 

Qeyd edək ki, Qarabağ həqiqətləri, Gəncə terroru və ermənilərin mülki əhaliyə qarşı  zorakılğını  dünyaya çatdırmaq, erməni yalanlarını  ifşa etmək  məqsədi ilə bir çox başqa  gənclərimiz  vahid  məqsəd ətrafında birləşərək  informasiya  müharibəsində yüksək aktivlik göstərirlər. 

 

Qarabağ  Azərbaycandır!