https://www.zirve.edu.az/
16.10.2020 15:11
Daha 55 şagird və 21 işçidə koronavirus aşkarlandı    

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

 

Nazirlikdən AzEdu.az-a verilən məlumata görə, 15 şagirdin hərarəti 2 dərəcədən yuxarı olub.

 

Daha 55 şagird və 21 işçidə koronavirus aşkarlanıb.

 

Distant təhsilə keçmiş siniflərin sayı isə 6, məktəblərin sayı isə 10-dur.

 

Əyani təhsilə qaytarılmış siniflərin sayı 1-dir

 

İndiyə qədər ölkə üzrə 47 məktəb, 65 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.