Azedu.az

Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb

10 Oktyabr 2020, 12:43
Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb

Azərbaycanda fəaliyyət göstərən dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində tədris ilinin əvvəlinə 6 min 56 müəllim çalışıb. Onların 4 min 773 nəfəri qadınlardır.

AzEdu.az xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2020” adlı məcmuəsində əks olunub.

 

Məcmuədə bildirilir ki, həmin təhsil müəssisələrində işləyənlərin 12-si elmlər doktoru, 97 nəfər isə fəlsəfə doktorudur. Həmçinin dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində dərs deyən müəllimlərdən 6-sı professor, 20 nəfər isə dosentdir.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox