https://www.zirve.edu.az/
26.09.2020 12:04
“Həmkardan həmkara dəstək” layihəsinin onlayn açılış təqdimatı keçirilib – FOTOLAR

Sentyabrın 23-də Təhsildə inkişaf və innovasiyalar üzrə IVqrant müsabiqəsinin “Həmkardan həmkara dəstək ” layihəsinin onlayn açılış təqdimatı keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə Ucar rayon Təhsil Şöbəsinin müdiri Rəna xanım Cəfərova,Təhsil şöbəsinin metodistləri,məktəb rəhbərləri və müxtəlif region müəllimləri iştirak ediblər.

 

Tədbir Azərbaycan Respublikasının himni ilə başladı.Təhsil şöbəsinin müdri Rəna Cəfərova layihə rəhbəri olan Səidə Quliyevanı təqdim etdi və ona xoş arzularını bildirdi.Hər zaman dəstək olacağını dedi.

 

Layihə rəhbəri Quliyeva Səidə layihənin məqsəd və vəzifələri haqqında təqdimat etdi və həyata keçirəcəyi təlimlər haqqında danışdı.O,ilk növbədə Təhsil Şöbəsinin rəhbərinə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi.

 

Biz də Səidə müəllimə fəaliyyətində uğurlar və müvəffəqiyyətlər arzu edirik.

 

 Fotoları təqdim edirik