Azedu.az

Bu qədər abituriyent universitetlərə müsabiqədənkənar qəbul olundu-RƏSMİ

24 Sentyabr 2020, 10:24
Bu qədər abituriyent universitetlərə müsabiqədənkənar qəbul olundu-RƏSMİ

Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

 

AzEdu.az universitetlərə müsabiqədənkənar qəbul olunan abituriyentlərin statistikasını təqdim edir:

 

Bu il 2 nəfər beynəlxalq fənn olimpiadası, 28 nəfər respublika fənn olimpiadası, 74 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, 10 nəfər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB Diploma Programme) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunub.

 

160 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 30 abituriyent ADA məktəbinin məzunu kimi  ADA Universitetinə qəbul olunub.

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox