Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-23 11:46:00
Ən yaxşı nəticə göstərən abituriyentlər bu rayon və şəhərləri təmsil edir – Bakını üstələyənlər

 

 

2019/2020-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə  tələbə  qəbulu  DİM tərəfindən “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları”na əsasən aparılıb.

 

2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul beş ixtisas qrupu üzrə aparılıb. 

 

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı iki mərhələdən ibarət olub.

 

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, ötən il  500-dən yuxarı bal toplayanlar imtahan verənlərin 11.08 faizini təşkil edib.   Yüksək ballılar arasında respublikanın əksər bölgələrinin təmsilçiləri də var. 

 

 Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 7379 abituriyent 500-dən, o cümlədən 1935 abituriyent 600-dən yuxarı bal toplayıb. 600 və ondan yuxarı bal toplayanların ixtisas qrupları üzrə paylanmasına gəlincə, qeyd etmək lazımdır ki, onların 28.54%-i (554 nəfəri) I qrupun, 20.81%-i (404 nəfəri) II qrupun, 31.17%-i (605 nəfəri) III qrupun, 19.47%-i (378 nəfəri) IV qrupun abituriyentləridir.

 

Yüksək ballılar respublikanın 73 bölgəsini təmsil edir.

 

Onların nisbi sayına görə Sumqayıt, Mingəçevir və Bakı şəhərləri, Qax və Şahbuz rayonlarının göstəriciləri daha yüksək olub.

 

Bu bölgələrdən ali təhsil müəssisələrinə sənəd verən hər 100 nəfər gəncin 14–18-i imtahanlarda 500-dən yuxarı bal toplayıb. 500-700 arasında bal toplayan abituriyentlərin əksəriyyəti ən nüfuzlu ixtisaslara qəbul olub. Onlardan ən yüksək nəticə göstərən 102 nəfər Prezident təqaüdünə layiq görülüb.

 

Cari ildə ölkənin 3178 məktəbinin məzunları I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edib. 600 bal toplayan məzunlar bu məktəblərin yalnız 25.39%-nin təmsilçiləridir. Sayı 807 olan bu məktəblərin 87-si (10.78%-i) liseylər və gimnaziyalardır ki, 600 ballıların da 30.39%-i onların məzunlarıdır.

 

Kənd  məktəbləri arasında fərqlənən təhsil ocaqları kimi bu il Masallı rayonu Şərəfə kənd, Şəki rayonu Baş Zəyzid kənd və Balakən rayonu Qaravəlli kənd orta məktəblərini göstərmək olar.

  

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları