Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-18 09:36:00
“Virtual məktəb”dəki əsas problemlər: “Şikayətlərin 90 faizi bununla bağlıdır”- Şöbə müdiri

 

 

“Nəzarət və monitorinqi artırmaq məqsədi ilə direktorlar fərdi olaraq müəllimləri “Virtual məktəb”ə  daxil edirlər”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Sistemlərinin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Fidan Nəcəfova deyib.

 

O, “Virtual məktəb”də şagirdlərin qarşılaşdığı əsas problemlərdən söz açıb:

 

“Valideynlərin qarşılaşdığı əsas problemlərdən biri şifrələrin unudulması ilə bağlıdır. Bildiyiniz kimi virtual edu.az portalı aprel ayından fəaliyyətə başlayıb. Burada xeyli sayda şagird qeydiyyatdan keçib. Qeydiyyat zamanı  istifadəçilərə ad və şifrə göndərilir. Yay ayları ərzində valideynlər şifrə və istifadəçi adını unudublar. Dərs başlayan zaman isə həmin şifrələrin bərpası prosesi gedib. Burada da 1 milyon istifadəçidən söhbət gedir. Onların arasında şifrəsini unutmuş yüzlərlə şəxs var. Onlar bizim qaynar xətt və texniki xidmətlərimizə müraciət etməlidilər. Virtual edu.az-da qeydiyyatın aşağı hissəsində şifrəni bərpa et düyməsini basmaqla  qeydiyyatdan keçmək olar. Bu zaman email və mobil nömrələrə yeni şifrələr gəlir.

 

Digər problem isə valideynlərin hansı emaildən qeydiyyatdan keçdiklərini unutmaları ilə bağlıdır. Bunun üçün onlar 146-4 qaynar xəttinə müraciət etməlidilər. Bu zaman biz  onların qeydiyyatdan keçdiyi emaili daha işlək emailə çevirə bilirik. 146-4 qaynar xətti bu ilin sentyabrın 15-dən fəaliyyətə başlayıb. Burada 3 nəfər fəaliyyət göstərirdi, hazırda  biz onların sayını 5-ə qaldırmışıq. Paralel olaraq şifrə bərpası ilə əlaqədar video təlimatlar paylaşılıb. Bununla bağlı email ünvanı da fəaliyyət göstərir. Qaynar xətt vasitəsi ilə hər bir valideynlə 10-15 dəqiqə müzakirə  aparılır. Bu da bir iş günü ərzində 300-400 nəfəri cavablandırmağa imkan verir. Ona görə də məsələlər bir qədər uzanır. Elə olur ki, xətdə 135 nəfər insan gözləyir. Gələn zənglərin 90-% i şifrə ilə bağlı olur.

 

Valideynlər səbr etməlidilər. Sadəcə daha əvvəl davransaydılar,  yaxşı olacaqdı. Çünki onlar sentyabrın 15-də yox, ayın  9 və 10-u şifrələrini axtarmalı idilər”.

 

Fidan Nəcəfova müəllimlərin “Virtual məktəb”də qarşılaşdığı çətinliklərdən söz açıb.

 

“Müəllimlərdə “Virtual məktəb”lə bağlı çox problemlər müşahidə edilmir. Yeni tədris ilində bütün direktorlara icazə verilib ki, özləri müəllimləri “Virtual məktəb”ə daxil etsinlər. Nəzarət və monitorinqi artırmaq məqsədi ilə onlar fərdi qaydada “Virtual məktəb”ə  müəllimləri daxil edirlər. Bu yolla hansı müəllimin dərs keçib, keçmədiyini bilmək olur. Hansı məktəbdə ki, direktorlar bu işi görüb, bitiriblər orada müəllimlər üçün asan olacaq. Harada ki, müəllim və sinif sayı çoxdur, bu yerlərdə problemlər yaşanacaq. Ona görə də məllimlər birbaşa direktora müraciət etməlidilər”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları