Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-16 14:52:00
Onlayn dərs və videokonfranslar internetin sürətinə necə təsir edir? - Nazirlikdən açıqlama  

COVID-19 pandemiyası fonunda bütün dünyada onlyan iş rejimi tətbiqi olunur. Bununla əlaqədar olaraq genişzolaqlı şəbəkənin yüklənməsində artım müşahidə olunur.

 

Bu barədə AzEdu.az-a  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.

 

Qeyd olunur ki, başlıca problem yüklənmənin paylaşdırılmasına uyğun olaraq qoşulma coğrafiyasının dəyişməsidir. Tədris müəssisələrinin bağlanması ilə əlaqədar ev şəraitində onlayn dərs və videokonfransların həcmi ümumi trafikin 70 faizini əhatə edir. Hamı eyni zamanda internetə qoşulmaq istəyəndə işdə çətinliklər yarana bilir.