Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-11 12:13:00
III qrup üzrə ixtisas seçəcək bu qədər abituriyent qəbul oluna bilməyəcək- Plan yeri  

 

“III ixtisas qrupunda 12286 plan yeri var. Müsabiqəyə buraxılanların sayı isə 15368 nəfərdir. Bu göstərici onu deyir ki, 3082 nəfər abituriyent universitetə qəbul olmayacaq”.

 

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının  sədri Məleykə Abbaszadə canlı yayım zamanı deyib.

 

O, pandemiya şəraitində müsabiqə şərtlərinin hər hir abituriyent üçün eyni olduğunu qeyd edib:

 

“Pandemiya şəraitində müsabiqə şərtlərini dəyişməyə ehtiyac yoxdur. Kifayət qədər yüksək nəticə toplayan abituriyentlər var. Bölgələrimizdən abituriyentlərin nəticələrində artım var”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları