Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-02-27 21:38:56
Birinci sinfə qəbulla bağlı SMS məlumat sistemi işə salındı - VİDEO

Bakıda uşaqların 1-ci sinfə qəbul prosesi davam edir.

AzEDU.az “Xəzər TV”yə istinadən xəbər verir ki, uşaqların birinci sinifə qəbul olunması barədə elektron müraciət göndərmiş vətəndaşların SMS məlumatlandırma sistemi işə düşüb.

Elektron müraciət etmiş valideynlərə proseslə bağlı SMS göndərilir. Bunun üçün bağlı valideynlər www.mektebeqebul.edu.az saytında elektron kabinet yaratmalıdırlar.

İnternetə çıxış imkanları, eləcə də onlayn bilgiləri zəif olan valideynlərin işini asanlaşdırmaq üçün müəyyən addımlar atılıb.

Sms məlumatlandırma sisteminin əhəmiyyəti odur ki, valideynlərə qısa müddət ərzində övladlarının hansı məktəbə qəbul edilməsi ilə bağlı məlumat gəlir və onlar lüzumsuz qayğılardan azad olurlar.

Qeyd edək ki, Bakı şəhərində yerləşən məktəblərə qeydiyyat davam edir. Sumqayıt, Gəncə şəhərləri eləcə də Abşeron rayonu ərazisində yerləşən məktəblərə qeydiyyat isə martın 12-dən etibarən başlayacaq.