Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-27 14:07:00
“Wi-Fi 6” texnologiyasının tətbiqi sahələri araşdırılır

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “Wi-Fi 6” texnologiyasının tətbiqi sahələri araşdırılır.

 

İnstitutdan AzEdu.az-a verilən məlumata görə, “Wi-Fi 6”nın əsas xüsusiyyəti OFDMA (ortogonal tezlik bölməli çoxsaylı çıxış) dəstəyinin olmasıdır. OFDMA, eyni zamanda, daha çox insanın, cihazların bir-birinə qoşulmasını təmin etmək imkanına malik texnologiyadır. “Wi-Fi 6”, həmçinin “Target Wake Time” funksiyasına malikdir. Bu xüsusiyyət cihazların yuxu rejiminə keçməsinə və cədvəl üzrə qeyd olunmuş vaxtda “oyanmasına” imkan verir.

 

Qeyd olunub ki, “Wi-Fi 6”nı dəstəkləyən cihazların sayı hazırda azdır. Yalnız bir neçə yüksək səviyyəli noutbuklar və “Wi-Fi” qəbulediciləri bu texnologiyanı dəstəkləyir.