Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-18 15:02:00
Ənənəvi tədrisin səmərəsi və effekti daha yüksəkdi-Ceyhun Məmmədov

“Əsas məsələ təhsilin davamlılığı və keyfiyyətini təmin etməkdi”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında millət vəkili, Mİlli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

 

 

O, qarşıdan gələn tədris ili ilə bağlı fikirlərini bildirib.

 

 

“Hazırda dünyanın bir çox ölkələrində yeni tədris ilinin necə təşkil olunacağı məsələsi müzakirə edilir. Artıq Almaniyanın bəzi şəhərlərində dərslərə başlanılıb. Dünya ölkələri ciddi şəkildə qarşıdan gələn tədris ili barədə fikirlər yürüdür. Onların bir çoxunun yanaşmaları fərqlidir. Türkiyə burada fərqli münasibət ortaya qoyub. Belə ki, orada məktəblərdə dərslərin tez, universitetlərdə isə gec başlanacağı nəzərdə tutulub”.

 

 

Ceyhun Məmmədov Təhsil İnstitutunun yeni tədris ili ilə bağlı təkliflərinə münasibət bildirib.

 

 

“Təhsil İnstitutu yeni tədris ili ilə bağlı müəyyən təkliflərlə çıxış edib. Bir məqamı xüsusi olaraq qeyd etmək istəyirəm. Ənənəvi təhsil daha vacibdi, çünki onlayn dərslər  ənənəvini əvəz edə bilmir. Ənənəvi  tədrisin səmərəsi və effekti daha yüksəkdi. O, tədris və tərbiyə baxımından daha faydalıdır. Lakin bizim öhtəmizə düşən şagird və gənclərimizin sağlamlığını qorumaqdır. Tədris və sağlamlığı tərəzinin gözünə qoysaq, vətəndaşların sağlamlığının daha üstün olacağını görərik”.

 

 

Millət vəkili tədrisin hansı istiqamətdə təşkilinin daha effektiv olacağını qeyd edib.

 

 

“Onu xüsusi qeyd etməliyəm ki, tədrisin hansı formada aparılması bilavasitə pandemiya ilə bağlıdır. Bu baxımdan tədris xəstəliyin artması və azalmasından aslıdır. Burada iki yol var:onlayn və ənənəvi qayda. Hazırda həm ənənəvi ,həm də onlayn tədrislə bağlı müzakirələr aparılır. Buna uyğun qərarlar qəbul ediləcək.

 

 

Hazırda ənənəvi təhsilə gedə bilmərik. Çünki bu gün pandemiyada təhlükəli vəziyyət hələ də sovuşmayıb. Sərt karantin rejiminin tətbiqi aradan qalxdıqdan sonra insanlarda müəyyən mənada rahatlıq yarandı və ehtimal olunur ki, yoluxmada yenidən artım müşahidə olunsun. Bütün bu proseslər ciddi şəkildə təhlil olunub, araşdırılacaq və müvafiq qərarlar qəbul ediləcək. Əsaa məsələ isə təhsilin davamlılığı və keyfiyyətini təmin etməkdi. İnanıram ki, biz bunu əldə edəcəyik”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları