https://www.zirve.edu.az/
14.08.2020 15:02
Nazirlik: Bəzi valideynlər övladlarına serial və cizgi filmi personajlarının adlarını vermək istəyir

“Elə valideynlər var ki, övladlarına “Muhammed”, “Əbəlfəz”, “Abdullah” adlarını vermək istəyirlər”.

 

AzEdu.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

 

O bildirib ki, Azərbaycan dilində “Məhəmməd” adının yazılış qaydası var: “Bir çoxları uşaqlarının adının “Muhammed” kimi yazılmasını istəyir. Bununla bağlı Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına müraciət elədik. Həmin qurumdan alınan cavabda “Məhəmməd” və ya “Məmməd”in düzgün yazılış olduğu, “Muhammed” kimi yazılış formasının isə Azərbaycan dilinin ədəbi dil normalarına uyğun olmadığı barədə məlumat verildi”.

 

R.Kərimova vurğulayıb ki, bəzi valideynlər övladlarına bir çox serial və cizgi filmində olan personajların adlarını vermək istəyir: “Araşdırma nəticəsində müəyyən olunub ki, bu istəklə çıxış edənlərin əksəriyyəti xaricdə yaşamış və ya təhsil almış vətəndaşlarımızdır”.