https://www.zirve.edu.az/
14.08.2020 10:02
Nazirdən  yeni tədris ili ilə bağlı  təkliflərə münasibət - İctimaiyyətə müraciət

COVİD-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı hazırlanmış təkliflərə görə Azərbaycan Respublikasının Təhsil İnstitutuna təşəkkürümü bildirirəm.

 

AzEdu.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bildirib.

 

O qeyd edib ki, qərarların verilməsində elmi tədqiqatlara əsaslanmaq verilən qərarların səmərəliliyini artırır.

 

Nazir ictimaiyyətə müraciət edərək bildirib ki, mövzu ilə bağlı rəy və təklifləri eşitmək maraqlı olardı:

 

"Azərbaycan Respublikasının Təhsil Nazirliyi ictimai rəyin öyrənilməsinə və vətəndaşların qərarların qəbul edilməsində iştirakına böyük önəm verir. Xüsusi olaraq vurğulamaq istərdim ki, bu mövzu ilə bağlı "səhv" və ya "düz" fikir yoxdur, bütün rəylər və tövsiyələr faydalıdır. Rəy və təkliflərinizə görə hər birinizə əvvəlcədən dərin minnətdarlığımı bildirirəm".